|
“Skype”dakı nasazlıq aradan qaldırıldı

Osman Gündüz: “Çox güman ki, bu nasazlıq texniki məsələlərlə bağlı olub”

Bir neçə gündür ki, Azərbaycanda səs, mətn və videogörüntünü təmin edən “Skype” internet proqramının fəaliyyətində ciddi problemlər yaranmağa başlayıb. “Proxy” proqramları vasitəsilə “Skype”dan maneəsiz istifadə etmək mümkündür. Maraqlıdır ki, bu problem günorta saatlarından Azərbaycandakı əksər internet provayderlərinin şəbəkəsində müşahidə olunub. 

 
Həmçinin bildirilir ki, proqrama daxilolma uğurla həyata keçibsə, sonrakı mərhələdə - proqramın işində problem əsasən yaranmır. Lakin veb-brauzer vasitəsilə login.skype.com səhifəsinə daxil olmaq mümkünsüzdür və bu, proqramın istifadəsinin məhdudlaşdırıldığını göstərib. Xatırladaq ki,  bir sıra ölkələrdə “Skype” vasitəsilə bir çox ekspertlər danışdırılır, müsahibələr alınır.

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bu problemin müvəqqəti texniki bir problem olduğunu dedi: “Mən ”Skype" testdən keçirdim.
 
“Skype” daxil olmaqda, zəng etməkdə və mesaj göndərməkdə hansısa bir problem yoxdur. Çox güman ki, bu nasazlıq texniki məsələlərlə bağlı olub. Mənim ilkin müşahidəm ondan ibarətdir ki, mən “Skypedən istifadə etdim və orada hansısa məhdudiyyət görmədim”.
Cia.az