|
FHN-in avtobusu yandı-

FHN avtobusu getdiyi yerdə yanmağa başlayıb. Bu barədə Cia.az-a hadisə şahidi olan şəxslər məlumat verib. Məlumata görə, hadisə Mətbuat prospektində, Azərbaycan Nəşriyyatının qarşısında baş verib. Beləki, FHN-ə məxsus avtobus anidən yanmağa başlayıb. Qısa zamanda başlayan yanğın surətlə yayılmağa başlayıb. Əraziyə FHN yanğınsöndürən maşınları cəlb edilib. Yanğın söndürülüb. Xəsarət alanlar yoxdur.

Cia.az