Son günlər dünya mediasında Böyük Britaniya kraliçası II Yelizavetanın taxt-tacdan uzaqlaşması ilə bağlı xəbər yayılıb.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, 88 yaşlı qadın özündən sonra taxt-tacı oğlu Çarlza deyil, nəvəsi Uilyama təslim edəcək.
Onun bu qərara gəlməsində bir neçə ehtimal var. Onlardan biri də budur ki, şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton xalq tərəfindən daha çox sevilir.
