Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı “Telemexanika” zavodunda baş verən yanğınla bağlı məlumat yayıb.
Cia.az nazirliyin saytına istinadən xəbər verir ki, bu gün saat 11:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı "Telemexanika" zavodunun sexlərinin birində yaranan qısaqapanma nəticəsində sıçrayış olub və nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib.
Yanğın nəticəsində zavodun bir əməkdaşı dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb. Xəsarət alanlar xəstəxanada həkim nəzarəti altındadır.
Cia.az
