Gürcüstanın paytaxtı Tiflisdə yaşayış binası çöküb.
İlkin məlumatlara görə dağıntılar altında dörd nəfər qalıb.
Xilasedicilər bir nəfəri xilas edə bilsələr də, dağıntılar altında qalan üç nəfər həlak olub. Hadisə yerində xilasedicilər işləyir.
Çökən binanın üzərində daha iki mərtəbənin tikilməsi də planlaşdırılıb və fəhlələr 24 saatlıq iş rejimində çalışıblar. Yerli KİV-lər xəbər verir ki, orada otel tikintisi planlaşdırılıb.
Cia.az
