|
Türkiyədə avtobus aşıb:
Türkiyənin Sivas vilayətində sərnişin avtobusunun aşması nəticəsində 50 nəfər xəsarət alıb. Xəsarət alanların çoxu Türkiyənin ali məktəblərindən birinin tələbələridir.
Onların hamısı yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Xəsarət alanların vəziyyəti stabil qiymətləndirilir.
Yol qəzası faktı üzrə cinayət işi açılıb.
Cia.az