Avropa üzərində müşahidə olunan isti hava kütləsi İtaliyada da özünü göstərib. Fransa və Almaniyanın ardınca İtaliyada da tempratur 40 dərəcəni keçib.
Paytaxt Romada turistlər sərinləmək üçün müxtəlif vasitələrdən istifadə etməyə çalışıblar. Bəziləri fəvvarənin altında, bəziləri parklarda suya girməklə, bəziləri isə sərin su və dondurma ilə istiləri dəf etməyə çalışıblar. 
Oxşar vəziyyətdə hazırda əksər Avropa ölkələrində də hökm sürür.
Şimal yarımkürəsinin bir hissəsi yüksək temrpaturdan əziyyət çəkdiyi halda digər bir hissəsində - Rusiyanın Vorkuta şəhərində qar yağıb. Şimal qütb dairəsində yerləşdiyi üçün Vorkuta şəhərində, adətən, soyuq havalar müşahidə olunur. Lakin fəslin belə çağında regiona qar yağması yerli əhali üçün süpriz olub.
Cia.az
