Böyük Britaniya şahzadəsi Şarlottanın xaç suyuna çəkilməsi mərasimi baş tutub. Cia.az-ın məlumatına görə, mərasim Norfolk qraflığında Mariya Maqdalena adına kilsədə baş tutub. 
Mərasimda təkcə kral ailəsi və onların yaxınları iştirak edib. Şarlottanı görmək üçün küçədə toplaşan yüzlərlə insan kral ailəsini alqışlarla müşayiət ediblər.
Şarlotta Şahzadə Uilyam və Keyt Midltonun ikinci övladıdır. Şarlotta bu il may ayının 2-sində dünyaya gəlib. Vəliəhd ailəsinin digər övladı şahzadə Corc isə, bacısından iki yaş böyükdür.

Cia.az
