|
“Kaş dodaqlarım daha dolğun olaydı...”

Hər insanın görünüşü ilə bağlı gizlətdiyi “kaş ki”ləri var. Əslində onlar bu “kaş ki”ləri gerçəkləşdirmək üçün kiçik əməliyyatlar etdirməyi gözə alsalar da, uğursuz alınacağından qorxurlar. Üstəlik ətrafda əməliyyatın nəticəsindən şikayətlənənlər varsa, qorxu daha da artır.

Əgər dodaqlarınızla bağlı “kaş ki”ləriniz varsa, Aile.lent.az-ın bu yazısını oxuyun.

Dodaqlarınız nazikdir və güləndə itirsə, yaşlandıqca dodağınız incəlirsə, incə dodaqlarınız üzünüzə əsəbi, gərgin ifadə verirsə, heç çəkinmədən mütəxəssisə gedib dodaq dolğusu üsulundan yararlana bilərsiz.

Dodaq dolğusu nədir? Qalıcı və müvəqqəti dodaq dolğusu necə edilir?

Dodaq dolğusu üsulu ilə dolğun dodaqlara sahib olmaq mümkündür. Bu prosesdə istifadə edilən dolğu maddəsi kollagendən əldə edilən yumşaq jele kimi maddədir. Qalıcı və qalıcı olmayan iki növü var. Nəticədən narazı qaldıqda qalıcı dolğuları geri qaytarmaq mümkün olmadığından çox da tövsiyə edilmir.

Qalıcı olmayan müvəqqəti dolğuların 6 aydan 2 ilə kimi müddəti var, sağlamlığa ziyanı olmayan maddələrdən hazırlanır.

Dodağın cizgisi bəlli olduğu üçün bu bölgəni artırmaq mümkün deyil, dolğu vasitəsilə dodağa sadəcə həcm qazandırmaq mümkündür.

Cia.az