|
ATƏT-in Bakıdakı bu ofisi bağlandı

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi bu gündən etibarən Azərbaycanda fəaliyyətini dayandırıb. 

Bu barədə  ATƏT-in mətbuat xidmətindən məlumat verilib.

"ATƏT Azərbaycan ilə əməkdaşlığın digər formalarına açıqdır", - deyə təşkilatın mətbuat xidmətindən bildirilib.

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Ofisi Azərbaycan hökuməti və ATƏT arasında imzalanan “Bakıda layihə əlaqələndiricisi ilə bağlı qarşılıqlı anlaşma memorandum”nun ötən ay Azərbaycan tərəfindən dayandırılması ilə əlaqədar öz fəaliyyətini dayandırır.

Cia.az