Türkiyə ilə Suriya sərhədində vəziyyət gərgin olaraq qalır. Suriyanın şimal hissəsində terrorçu qruplaşmaların fəaliyyətini artıması ilə əlaqədar Türkiyə hökuməti hərbi qüvvələri tam hazır vəziyyətə gətirib. Ötən gün Qaziantep istiqamətində sərhəd bölgəyə peşəkar hərbiçilər və hərbi texnika cəlb olunub.
Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyənin Suriyanı işğal etməyə çalışmadığını, lakin bu ölkə ərazisində Türkiyə qarşı hər hansı bir təhdidedici obyekt müşahidə olunarsa, dərhal müdaxilə ediləcəyini açıqlayıb.
“Sərhəddə müəyyən tədbirlər görülüb. Bu doğrudur. Bunu sərhədlərimizi müdafiə etmək məqsədilə etmişik. Bundan əlavə, ordu qüvvələrinə sərhədin o tərəfində Türkiyəyə qarşı təhlükə hiss olunduqda lazımi tədbirlərin görülməsi üçün təlimatlar vermişik”.
Türkiyə hökuməti, eyni zamanda, ölkə daxilində terrorizmə qarşı mübarizə tədbirlərini gücləndirib.
Cia.az
