Ermənistanın paytaxtı İrəvanda etriazlar səngimək bilmir. İlk günlərə nisbətən etiraz səslərini yüksəldənlərin sayı azalsa da, Baqramyan prospektində hələ də aksiya iştirakçıları görünməkdədir.
Nə hava şəriatinin dəyişkənliyi, nə də hüquq-mühafizə orqanlarının müdaxiləsi etirazçıların Baqramyan prospektini tərk etməsinə təsir etmir. 13 gündür davam edən etiraz aksiyalarının dağıdılmasında iştirak edən polislərə isə cinayət işi açılıb.
Ermənistanın Xüsusi İstintaq Komitəsinin yaydığı məlumata görə, İrəvanda keçirilən etiraz aksiyalarının dağıdılmasında iştirak edən polislərə qarşı cinayət işi açılıb.
Hüquq-mühafizə orqanları əməkdaşları vəzifə səlahiyyətlərini aşmaqda, zorakılıqda və jurnalistlərin professional fəaliyyətinə mane törətməkdə ittiham olunurlar.
21 iyunda start götürən aksiyanın iştirakçıları Sarkisyan “Talana son” qoymalıdır kimi şüarlar səsləndiriblər. Etirazçılar İrəvan küçələrində elektrik enerjisinin qiymətinin artırılması barədə qərarın ləğvini tələb edirlər. Hökumət geriyə addım ataraq qiymətləri bir qədər aşağı salsa da, bu etirazçıları sakitləşdirməyib. Etiraz səslərinin yüksəldənlər qərarın tamamilə ləğvini tələb ediblər.
Bununla belə erməni mənbələri xəbər verir ki, Ermənistan Rusiyadan “İsgəndər-M” raket komplekslərini almaq barədə razılıq əldə edib.
Məlumata görə, komplekslər Rusiyanın Ermənistana silah almaq üçün ayırdığı 200 milyon dollarlıq kredit çərçivəsində əldə ediləcək.
Ermənistan mediasında yayılan bu məlumatı Rusiyanın hərbi çevrələrində də təsdiq ediblər. Məlumata görə, bu baradə hələlik danışıqlar aparılır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Ermənistanda baş verənləri Ukraynadakı “Maydan” hərəkatına bənzədərək, gəncləri Qərbin çağırışlarına uymamağa səsləyib.
Lavrov gənclərə müraciətində deyib ki, kökündə iqtisadi məsələr dayansa da, bu hadisələri şişirtmək kimlər üçünsə faydalıdır və bundan siyasi açar kimi yararlanırlar. Bu bəyanat həm də Rusiyanın Ermənistana kredit ayırması fonunda səsləndirilib.
Ermənistan parlamenti kredit sazişini ratifikasiya edib. Bununla da Rusiya yeni silahların alınması üçün İrəvana kredıt verəcək.
Ümumiyyətlə, son günlər Rusiya Ermənıstana daha çox dıqqət ayırır. Gümrüdə bir ailəni qətlə yetirən Permyakovun məhkəmə işinin Ermənistana verilməsi də məhz bu günlərə təsadüf edir.
Cia.az
