Daha sonra isə Səfir Robert Sekuta qonaqları Azərbaycan dilində salamlamlayaraq çıxış edib. Sәfir xatırladıb ki, 1776-cı il iyulun 4-də ABŞ-ın Müstəqillik Bəyannaməsinin imzalandığı gündür:
“Mövzumuz “Kiçik şəhər Amerika” Birləşmiş Ştatlar (ABŞ) və bizim uğur haqda vacib reallığı bildirir. Ölkəmizin baniləri elə sistem yaradıb ki, insanlar rifah, sülh və sabitlik əldə etsin. Banilər elə dövlət yaradıb ki, insan haqları və hökumətin xalq qarşısında cavadehliyi olsun. İki yüz otuz doqquz ildə Birləşmiş Ştatlar o qədər dəyişib ki, banilər bunu təsəvvür edə bilməzdi. Bizim idarəetmə sistemi ilə əlli yeddi dinc, demokratik hakimiyyət dəyişikliyi olub. Bu bizə müxtəlif çağırışlara cavab verməyə kömək edib. Biz bu sistemlə daha dinc, abad və sabit dünya üçün tərəfdaşlıqlar qurmuşuq.”
Azərbaycanlı qonaqların tədbirdə iştirakını yüksək qiymətləndirən Robert Sekuta buna görə təşəkkürünü bildirib: “Azərbaycanda olan səfir kimi deyə bilərəm ki, azərbaycanlı dostlarımızın konstruktiv iştirakını bu prosesin bir hissəsi kimi bəyənirik. Biz ABŞ-Azərbaycan arasında güclü, müsbət əlaqələr qurmağa çalışırıq. Əminəm ki, hadisə və çağırışları düzgün qiymətləndirmə, daha yaxşısını etmək haqda dialoq və müzakirə indiki və gələcək məsələləri həll etməyə bizə kömək edəcək. Ölkələrimiz arasında dialoqda və tədbirdə iştirakınıza görə təşəkkür edirəm”.
Ardınca Gənclər və İdman nazirinin müavni İsmayıl İsmayılov iki ölkə arasındakı iqtisadi və təhlükəsizliyin təmin olunması istiqamətində aparılan işlərdən danışıb və hər iki rəsmi birlikdə tort kəsiblər

Amerika birləşmiş Ştatlarının dəniz piyadaları korpusunda qulluq edən Mayor Ceyson Lendo müstəqillik günü barədə məlumat verərək deyir ki ölkəsinin bu günkü mövcudluğunda ilk növbədə 1776-cı il hadisələri dayanır. Yəni o vaxt İngilislərin əsarətinə qarşı 13 müstəmləkə birləşməsəydi bu gün bəlkə də o özü və Amerika Birləşmiş Ştatları da mövcud olmayacaqdı. Zabit həmin vaxt insanların dövlət qurmaq yox sadəcə əsarətə qarşı çıxdıqlarını bildirib.
“Müstəmləkənin təmsilçisi krala məktub göndərdilər. Onlar məktubda bütün bəşəriyyətin bərabər yaradıldığını bildirirdilər, Kralın zülmünə boyun əyməyəcəklərini, azad insan olacaqlarını, ailələrini, sevdiklərini müdafiə edəcəklərini və öz istəklərindən əl çəkməyəcəklərini bəyan edirdilər.”
Rəsmi Hissə bitdikdən sonra tədbirin davamında qonaqlara ziyafət verildi
