|
Bakıda təqdimatı olan türk filminin davamı çəkilir
Baş rollarında Ezgi Mola və Murad Yıldırımın yer aldığı "Kocan kadar konuş" filminin davamı çəkilir.
"Kocan kadar konuş: Diriliş" adlanan filmin çəkilişlərinə hazırlıq başlayıb.
Qarşıdakı günlərdə çəkilişə start veriləcək ekran işinin yaradıcı heyəti bir aray gələrək ssenarini oxuyublar. Şəbnəm Burcuoğlunun ən çox satılan eyniadlı romanından təsirlənən filmin növbəti hissəsində Efsun və Sinanın sevgi münasibətlərinin davamı təsvir ediləcək. Onlar evliliyə gedən yolda yeni maneələri dəf etməli olacaqlar.

Qeyd edək ki, baş rol ifaçıları E.Mola və M.Yıldırım filmin Bakıdakı təqdimatında da iştirak etmişdilər.
Cia.az