Böyük Britaniyanın BP (Britiş Petrolium) neft şirkəti Meksika Körfəzində baş vermiş qəza ilə əlaqədar ətraf-mühitin çirklənməsinə görə Amerika Birləşmiş Ştatlarına 18,7 milyard dollar kompensasiyası ödəyəcək.
2010-cu ildə şirkətə aid neft buruğu platformasında baş vermiş partlayış nəticəsində 11 nəfər ölmüş və Meksika Körfəzinə 4.9 milyon barel neft sızmışdı.
BP-nin ödəyəcəyi cərimə isə, şirkət tarixində rekord məbləğ hesab olunur. Kompensiyanın tam ödənilməsi üçün şirkətə 18 ay vaxt verilib.
2014-cu ildən etibarən Amerika hökuməti BP şirkətinin yerli firmalar ilə tenderlərdə iştirak etməsinə icazə verib
Cia.az
