|
Bu gün prezident sarayındakı məscid açılacaq

Türkiyə prezident sarayında tikintisi başa çatan məscid bu gün cümə namazı vaxtı prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə veriləcək. Saraydan fərqli girişi olan və hər kəsə açıq olması planlaşdırılan məbəd 5 177 kvadratmetrlik sahədə tikilib. 



Zirzəmi, ibadət zalı və daxili eyvanları ilə birlikdə məsciddə eyni anda 3 min nəfər ibadət edə biləcək. Hər biri iki eyvanlı 4 minarəsi olan məscid Ankarada “Kocatepe” və “Ahmet Hamdi Akseki”dən sonra böyüklüyünə görə, 3-cü məscid olacaq. 



Məscidin din xadimi İstanbul Beykoz rayonu “Riva” məscidinin imamı Mehmet Bilir olacaq. Mehemt Bilir 2010-cu ildə Moskvada, 2014-cü ildə Malaziyada keçirilən Quran qiraəti müsabiqəsində ikinci yerə layiq görülüb. 

Cia.az