Türkiyənin mərhum 9-cu prezidenti Süleyman Dəmirəl üçün ölkənin 81 vilayətində mövlud oxunacaq. Bu barədə xəbəri mərhum Dəmirəlin ictimaiyyətlə əlaqələr xidməti yayıb. Bildirilir ki, mərhum prezident Dəmirəl üçün iyulun 3-də cümə günü mövlud tədbiri keçiriləcək. 



Xatırladaq ki, mərhum 9-cu prezident Süleyman Dəmirəl iyunun 17-də Türkiyənin paytaxtı Ankara şəhərindəki müalicə olunduğu xəstəxanalardan birində dünyasını dəyişib. 



Dəmirəl doğulub böyüdüyü İsparta şəhərinin İslamköy kəndində əvvəldən hazırlanmış anıt-məzarda dəfn olunub.