|
Selfi çubuğuna daha bir yasaq gəldi
ABŞ-ın Disney parkında karusellərə minərkən selfi çubuqlarından istifadə etmə yasağından sonra yeni qadağa elan olunub.
 
Artıq Disney parkı ziyarətçilərin əraziyə selfi çubuğu ilə daxil olmasını da qadağan edib. Bunun əsas səbəbi isə çubuqların ətrafdakı insanlara xəsarət yetirə biləcəyi ehtimalıdır.
 
Qeyd edək ki, İngiltərənin bəzi futbol klubları, Londonun Milli Qalereya Muzeyi və Vimbledon tennis klubu daha öncə selfi çubuqlarına qadağa qoyub. 
Cia.az