“Bu gün beynəlxalq münasibətlərdə beynəlxalq hüquq anlayışına bəyanatlarda, müəyyən sənədlərdə rast gəlmək olur."
Bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.
O bildirib ki, dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq missiyasını yerinə yetirən amillərdən biri də QHT-lərdir. Ona görə, onları beynəlxalq QHT-lər adlandırırlar. Beynəlxalq QHT-lər isə yalnız sahiblərinin sifarişini yerinə yetirirlər.
Xatırladaq ki, Novruz Məmmədov bundan əvvəl iyunun 29-da “Twitter” səhifəsində Ermənistandan yazmışdı: "Bu gün ermənilər dünyada iki yerə bölünüblər. Ermənilərin bir hissəsi müxtəlif ölkələrdə müxtəlif yollarla məskunlaşıb kef çəkir, qoltuq altında “vətən uğrunda mübarizə aparır. İkinci hissə isə birincilərin əvəzinə “vətəndə” cəza çəkir."
PA rəsmisi Ermənistanda baş verən hadisələri şəhr edərkən deyib ki, bu hadisələr ikili standartların bariz nümunəsidir. Beynəlxalq hüququ müdafiə edən təşkilatlar nədənsə Ermənistanda baş verənləri görmür. Söhbət təkcə indi baş verən prosseslərdən getmir, Qərb Ermənistanı həmişə müdafiə etməyi özünə borc bilir. Bu hadisələr gec-tez olmalı idi. Çünki, bu ölkə inkişaf etmir və gələcək prespektivi də yoxdur. Ermənilər başa düşməlidir ki, Azərbaycansız onlar bir dövlət kimi var ola bilməzlər.
Cia.az
