|
Bakıda beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək

Sentyabrın 16-dan 18-dək Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) təşkilatçılığı ilə Bakı İdman Kombinatında (Əl Oyunları İdman Sarayında) IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası təşkil olunacaq.

Cia.az-ın məlumatına görə, sərginin məqsədi əhalinin asudə vaxtını səmərəli keçirməsi, cəmiyyətdə mütaliənin təbliği, mütaliə vərdişlərinin inkişaf etdirilməsi, kitabxanalara ictimai marağın artırılmasıdır.
IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində müxtəlif ölkələrin, eləcə də Azərbaycanın nəşriyyat və mətbəələri iştirak edəcək.

Cia.az