|
ABŞ-ı heyran qoyan -

"America's got talent" yarışmasında bacarığı ilə Amerikanı ayağa qaldıran azərbaycanlı Üzeyir Novruzov "Region TV"-yə müsahibə verib.

Cia.az-ın məlumatına görə, Ü.Novruzov 38 yaşındadır. Kiçik yaşlarından Çarli Çaplinin filmlərini izləyir. Beləliklə, arzularını öz kumirinin arzuları ilə eyniləşdirir. Kumiri sirkdə işləmək, sirk ustası kimi məşhurlaşmağı arzulasa da, bu ona nəsib olmayıb. Ondan fərqli olaraq, Üzeyir arzusuna çata bilib.

"Sirk ustası olmaq üçün 6-cı sinifdən bu işə başlamışam. Məktəbi bitirdikdən sonra Moskva sirkində sənətimi davam etdirmişəm. İşə təzə başlayanda qrimlərimi başqası edirdi, amma indi özüm edirəm. İştirak etdiyim səhnəciklərdə məni görənlər Çarli Çaplinə oxşadığımı deyirdilər. Bu səbəbdən də mən Çarli Çaplin obrazını seçdim" - deyə Üzeyir Novruzov bildirib.

Günlərin bir günündə, Üzeyirin "niyə də yox" deyəcəyi bir təklif gəlir: 

"America's got talent" verilişinin yaradıcı heyəti internetdə mənim işlərimi görüb, mənə belə bir təklif etdilər, məni öz səhnələrində görmək istədilər. Mən də bu təklifi qəbul etdim. Çünki belə böyük bir səhnədə çıxış etmək hər bir sənətçinin arzusudur".

Onu Çarli Çaplin deyə çağırırlar. O, özü də Çarli Çaplin obrazını vizitkartı hesab edir.

Müsahibənin sonunda Üzeyir Azərbaycan xalqına təşəkkür edib:
 
"Mənim işlərimi izləyən bütün Azərbaycan xalqına təşəkkür edirəm". 

 
Cia.az