Türk jurnalist Mehmet Baransu Tvitter hesabından prezident Rəcəb Tayyip Erdoğanı baş nazir olduğu vaxtda təhqir etdiyi üçün dövlətin 7 il həbs istəyi ilə hakim qarşısına çıxıb.
Məhkəmədə Mehmet onun adına saxta hesablar açıldığını və yazılanların hamısının ona aid olmadığını deyib:
"Öz hesabımda yazdıqlarımda təhqir yoxdur, buna görə ittihamları qəbul etmirəm".
Məhkəmə isə jurnalistin 1 il həbs olunmasını istəyib. Lakin Baransunun keçmişi, sosial münasibətləri, məhkəmə zamanı davranışları nəzərə alınaraq cəza 10 aya endirilib.
Cəza hələlik təxirə salınıb.
Cia.az
