|
Cəlilabadda 70 hektar biçilmiş taxıl sahəsi yandı

Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.

Cia.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonunda kənd bələdiyyəsinə məxsus ərazidə 70 ha sahədə biçilmiş taxıl sahəsi və kol-kos yanıb.

Yaxınlıqdakı nar bağı və günəbaxan sahəsi yanğından mühafizə olunub. 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Cia.az