|
Tətilə gedənə 7500 dollar
ABŞ-da fəaliyyət göstərən “Fullcontact” adlı texnologiya şirkətinin sahibi tətilə gedən işçilərinə 7500 dollar verir. 2012-ci ildən bəri verilən pul üçün şərtlər də var:  
- Tətil müddətində iş yerindən gələn maillərə, zənglərə və mesajlara cavab vermək olmaz;
- Tətil müddətində işləmək olmaz;
- Sözün həqiqi mənasında istirahət ediləcək. 
 
Şirkətin xalqla əlaqələr şöbəsinin müdiri Brad Mccarty ötən il “Vashinqton Post” qəzetinə verdiyi müsahibədə bunları deyib: “Çalışanların razı qalması bizim üçün daha dəyərlidir. Pul qazanmaqla birlikdə işçinin xoşbəxt olması, beyninin tam təmiz şəkildə geri qayıtması hər şeydən önəmlidir”. 
Cia.az