|
Qadınların kabusu:

Ayağınızdakı sellülitlərə görə yayın gəldiyinə heç sevinmirsiniz? Ancaq gec deyil, bu vəziyyətdən qurtulmaq üçün formul təqdim edirik.

Sellülit sadəcə yediklərimizlə yaranan bir problem deyil. Ruh halı və ani qəzəbli, əsəbi hallarımız da sellülitə səbəb olur.

Nədən yaranır?

Əsəbi haldaykən seratonin hormonu azalır, həzm zəifləyir və bədənin əsasən qarın, omba və bud bölgələrində yağlanma başlayır. Nəticədə sellülit yaranır. 

Sellülitdən qurtulmaq üçün nə etməli?

Hər gün 40-50 dəqiqə piyada gəzdikdən sonra bədəniniz istiykən sellülitli bölgəyə masaj edin. İpək kisə ilə dairəvi hərəkətlərlə hər bölgəyə 5 dəqiqə masaj etdikdən sonra hazırladığınız qarışımdan eyni bölgələrə 10 damcı damladaraq yenə dairəvi hərəkətərlə masaj edin.

Sellülit üçün dəniz duzlu formul:

1 kq dəniz duzu

½ limon suyu

½ qəhvə qaşığı portağal yağı və lavanda

4-5 damcı bibəriyə yağı

10 damcı qreypfrut suyu

10 damcı kök suyu

1 çay qaşığı zəncəfil

1 çay qaşığı yaşlı çay suyu

Bütün bunları təmiz bir qabda qarışdırın. Soyuducuda 1 həftə saxladıqdan sonra istədiyiniz zaman sellülitli bölgələrə bununla masaj edə bilərsiz.

Cia.az