|
Bakıda çimərlikdə batan 3 nəfər xilas edildi

Bakıda çimərlikdə batmaq təhlükəsi ilə üzləşmiş 3 şəxs xilas edilib.
Cia.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə Xəzər rayonunda dənizdə (“Pirşağı” sularda xilasetmə məntəqəsindən təxminən, 1500 metr məsafədə, nəzarət olunmayan ərazidə) baş verib.

Batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

Cia.az