Cənubi Koreyada MERS virusundan ölənlərin sayı artıb.
Cənubi Koreyada Yaxın Şərq Respirator Sindrom (MERS) virusundan daha bir nəfər ölüb. Bu barədə xəbəri “Yonhap” agentliyi yayıb.
Xəbərdə bildirilir ki, koronovirus xəstəliyi diaqnozu qoyulan 182 nəfər var və onlardan 59-nun vəziyyəti ağırdır.
Ölkə ərazisində bu virusdan ilk ölüm hadisəsi bu il mayın 20-də baş verimişdi. Bundan başqa, bu virusa ilk dəfə 2012-ci ildə Səudiyyə Ərəbistanında rast gəlinib. Xəstəlik titrəmə və öskürəklə müşayiət olunur.
Qeyd edək ki, ötən həftələrdə Cənubi Koreyadan olan həkimlər yaranan böhran səbəbilə çıxış yolları axtararkən, QİÇS (AIDS), Ebola və SARS (MERS) viruslarını təsirsiz hala gətirən dərman (vaksin) icad etdikləri barədə xəbər yayıblar.
Cia.az
