|
Dünyanın ən varlı məşhur xanımları -
Amerikanın “Forbes” dərgisi biznesini özü quran dünyanın ən varlı məşhur qadınların siyahısını hazırlayıb.
Cia.az Rusiya mətbuatına istinadən həmin siyahını təqdim edir:
31 yaşlı Elizabet Holmsun 4,5 milyard dəyərində sərvəti var. 2003-cü ildə “Theranos” şirkətini yaradıb. Dayısı xərçəng xəstəliyindən dünyasını dəyişəndən sonra Holms xəstəliyi erkən müəyyənləşdirən üsulu axtarmağa başlayıb. “Theranos” on müayinədən sonra xəstəliyi bilməyə imkan yaradır. 2014-cü ildə investorlar Holmsun şirkətini 9 milyard dollar dəyərində qiymətləndirib. 



Müğənni Beyonsun 250 milyonluq sərvəti var. 2014-cü ildə o, yaradıcılığındakı ən uğurlu turnesini gerçəkləşdirib. Bundan sonra istirahət etməyən Beyons Cey Z ilə “On The Run” adlı turneyə çıxır. Bu konsert cütlüyə 100 milyon dollar qazandırır. 



1 milyard dollar sərvəti olan modelyer Sara Bleykli karyerasına 15 yaşında başlayıb. Cəmi 5 min dollar büdcəsi olan Sara ofis kimi evini istifadə edib. Onun modelyerliyi ilə hazırlanan alt paltarı geyimləri hamı tərəfindən sevilib. 2014-cü ildə bədən quruluşunu formaya salan alt paltarları hazırlayan Bleyklinin bu addımı onu karyerasında daha da ucaldıb.



Modelyer, dizayner Tori Berçin 48 yaşı var. Onun sərvəti 1 milyard dolları keçib. On il əvvəl jurnalist kimi fəaliyyət göstərib. Onun kolleksiyasını “bohem dəbdəbəsi” adlandırırlar. Tori sonradan təkcə geyim kolleksiyası ilə yox, saat və ətirləri ilə də tanınıb. 



Model Keti Ayrlend 420 milyon sərvətə sahibdir. “Elite Modeling Agency” Ketini 16 yaşından işə götürüb. Dörd ildən sonra onun fotoları ən məşhur jurnalların üz qabığında yer alıb. Daha sonra model öz adından reklam kimi istifadə etməyə başlayıb. Şirkətlər onun adına məhsullar istehsal edib. Bu gün Ketinin adına hazırlanmış 17 min məhsul mövcuddur. Onlar arasında divan, jurnal masası, yataq dəstləri, xalçalar da yer alır. 



İş qadını Keti Lenne 340 milyon sərvətə sahibdir. 23 yaşında neft satışı ilə məşğul olan şirkət yaradıb. 53 yaşlı Keti sonradan biznesini böyüdüb. Hazırda onun  “Sun Coast Resources” şirkətində 1800 işçi var.

Cia.az