İŞİD yaraqlılarının Türkiyəyə daxil olmalarının qarşısını kəsmək və qaçaqların keçidlərinə əngəl törətmək üçün Türkiyə Suriya sərhədində 3.5 metrlik divar quracaq.
Bu haqda məlumatı Türkiyənin “Vətən” qəzeti yayıb.
Məlumata görə, Türkiyənin Daxili işlər Nazirliyi Suriya sərhədində təhlükəsizlik qurşağı yaradılması məqsədilə sərhəd boyundakı dörd şəhərin icra hakimiyyətinə 20 milyon lirəlik vəsait göndərib.
Bu çərçivədə hərəkətə keçən Hatay, Qaziantep, Kilis və Şanlıurfa icra hakimiyyətləri "təhlükəsizlik qurşağı" üçün birgə layihə yaradıblar.
Layihəyə əsasən Türkiyə ilə Suriya arasındakı 911 kilometrlik məsafədə 3.5 metr hündürlüyündə beton divarlar qurulacaq. Bundan başqa, divarın arxasında hündür məftil çəpərlər çəkiləcək və təhlükəsizlik kameraları yerləşdiriləcək.
Cia.az
