|
Evdə qulluq möcüzələr yaradacaq

Qadınlar gözəl görünmək üçün hər üsula əl atırlar. 
Cia.az xarici mətbuata istinadən xanımlar üçün maraqlı məsləhətlər təqdim edir:
Aşağıdakı məsləhətlərin hər hansı birinə heç olmasa gün ərzində 10 dəqiqə əməl etsəniz, nəticə gözlədiyinizdən də əla olacaq. 

Qreypfrut, rozmarin, çobanyastığı və limon yağından 3 damcı töküb qarışdırın. Bu qarışıqla sellülitli hissələrə çəkib, masaj edin. Ardından isti vanna qəbul edin. Prosesi 1 həftə davam etdirin, 7 gün ara verdikdən sonra yenidən başlayın.
 
Gündə iki dəfə - səhər və axşam quru əllərlə bud və qarın hissəni ən azı 5 dəqiqə masaj edin. Bundan sonra isti vanna mütləqdir. Axırda bədəninizə krem çəkməyi də unutmayın.

Cia.az