Fransa Edvard Snouden və Yuliyan Assanca siyasi sığınacaq verməyi istisna eləmir. Musavat.com-un məlumatına görə, bu barədə CNN xəbər yayıb. Məlumata görə, müvafiq bəyanatla ölkənin ədliyyə naziri Kristian Tobira çıxış edib.
“Əgər Fransa Snouden və Assanca siyasi sığınacaq vermək qərarına gəlsə, mən təəccüblənmərəm. Bu - mümkündür” – deyib nazir. Onun sözlərinə görə, bu məsələ baş nazir və prezidentin səlahiyyətində olan məsələdir.
Maraqlıdır ki, bundan az öncə ABŞ prezidenti Barak Obamanın fransız həmkarı Fransua Ollandı gizlicə dinləməsi haqda iki ölkə arasında qalmaqal yaradan məlumat yayılmışdı. İstisna deyil ki, rəsmi Paris bu yolla - Vaşinqtonun çoxdan geri almaq istədiyi iki şəxsə siyasi sığınacaq verməklə revanş götürmək istəyir.
Cia.az
