İŞİD üzvləri Türkiyə Rusiya sərhədini pasportunu itirmiş turistlər kimi keçirlər.
Bu barəə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Yevgeni Lukyanov bildirib. Onun sözlərinə görə, İŞİD üzvləri pasport almaq üçün Rusiya diplomatik missiyasına müraciət edirlər. İŞİD-in Rusiya üçün ciddi problem olduğunu vurğulayan Lukyanov “Onlar artıq qayıdırlar”,- deyə vurğulayıb.
Həmçinin, İŞİD-in Rusiyaya qarşı ərazi iddiası olduğu barədə məlumat yayılıb. Təşkilat Şimali Qafqazı öz ərazisi sayır və vilayətə başçı kimi Əbu Muhammed əl-Kadari təyin edilib. Bu barədə Institute for the Study of War (ISW) qeyri-hökumət təşkilatı İŞİD liderlərindən biri olan Əbu Muhammed əl-Adnaniyə istinadən bildirir.
Bu bəyanat Qafqazdakı silahlıların bütünlüklə İŞİD-ə və onun başçısı Əbu-Bəkr əl-Bağdadiyə biət etməsi barədə yayılan xəbərdən sonra verilib. Çeçenistan, Dağıstan, Kabarda-Balkar, İnquşetiya bölgələrini əhatə edən “İmarət Qafqaz” təşkilatı əl-Bağdadiyə sadiqlik andı içiblər.
CİA.AZ
