|
AŞPA Azərbaycan üzrə yeni həmməruzəçi təyin etdi

Bu gün Avropa Şurası Parlament Assambleyasının  yay sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin toplantısı keçirilib.

Komitənin iclasında Azərbaycanın vəzifə və öhdəliklərinin yerinə yetirilməsi üzrə yeni həmməruzəçi seçilib. İspaniyalı parlamentar Aqustin Konde bu vəzifədə digər ispaniyalı həmkarı Pedro Aqramuntu əvəzləyəcək və 5 il müddətinə həmməruzəçi səlahiyyətlərini icra edəcək.  

Qeyd edək ki, Aqustin Konde də Pedro Aqramunt kimi AŞPA-da Avropa Xalq Partiyası qrupunu təmsil edir və bu vəzifəyə AXP-nin iclasında qrup tərəfindən vahid namizəd kimi irəli sürülüb.

Cia.az