Avropa Oyunlarının Bağlanış mərasimi üçün əlavə biletlər satılmayacaq. Bunu bu gün keçirilən mətbuat konfransında Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.
"Bəli, tədbirə maraq böyükdür. Amma bütün biletlərin satılması o deməkdir ki. bütün yerlər doludur. Buna görə, təəssüflər olsun ki, əlavə biletlər satılmayacaq", - deyə Saymon Kleq bildiirb.
O həmçinin qeyd edib ki, sabah 28 minə yaxın tamaşaçının oyunlara baxmağa gələcəyi gözlənilir. 26 iyun Azərbaycan Sİlahlı Qüvvələr Günü - qeyri iş günü olduğundan tamaşaçıların əvvəlki günlərə nisbətən daha aktiv olacağı gözlənilir.
"Eyni zamanda bu günün yarışlarına bütün biletlər satılıb", - deyən Saymon Kleq Bakı 2015 Oyunlarının saytına olan marağın da artdığını bildirib. Onun sözlərinə görə, hər gün sayta 6 milyon insan daxil olur. Bu da 23 faiz artım deməkdir.
Cia.az
