Azərbaycanlı deputata ağır itki üz verib.
Millət vəkili Vahid Əhmədovun anası, Ağabacı İsmayıl qızı Əhmədova 101 yaşında dünyasını dəyişib.
Vahid Əhmədov açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə, dəfn mərasimi sabah Quba rayonunda olacaq. Bütün yas mərasimləri də orada veriləcək.
Qeyd edək ki, A.Əhmədova xalçaçı olub. Qədim xalçaçılıq məkanı olan Qubada keçirilən xalça festivalında Ağabacı Əhmədovanın əl işləri nümayiş etdirilmişdi.
Allah rəhmət eləsin!
Cia.az
