Günə necə sağlam başlamaq olar? Dünyanın çox həkimləri, dietoloqları bu sual üzərində onlarla araşdırma aparıblar.
Nəticədə ən yaxşı mütəxəssis, həkimlərin araşdırmalarından ibarət bir siyahı hazırlanıb. Mütəxəssilərin sözlərinə görə, səhər yeməyi yüngül, bununla belə bədəni enerji ilə təmin edən olmalıdır.
ANS PRESS ən faydalı səhər yeməklərini təqdim edir.
1. Omlet
Yumurta səhərə enerji ilə başlamaq üçün ən faydalı məhsuldur. Bu məhsulun tərkibindəki maddələr xolestroldan qoruyur. Bundan əlavə gündəlik zülalın 14 faizini yumurta ilə qəbul etmək mümkündür.
2. Yulaf
Ən yaxşısı özünüzün hazırladığı sıyıqdır. Belə ki, süddə hazırlanan yulafın içərisinə müxtəlif quru meyvələr, qoz, bir qaşıq bal əlavə etməklə həm vitaminli, həm də dadlı məhsul əldə edə bilərsiniz.
3. Ballı və meyvəli kəsmik
Amma yağlı kəsmikdən uzaq durmağa çalışın. Mədəni səhər artıq yağlarlala doldurmaq lazımdır. 5-9 faizli yağı olan kəsmik ən idealıdır. Səhərlər kəsmik, istədiyiniz giləmeyvə, 1 qaşıq bal və bir qaşıq xama ilə özünüz üçün vitaminli yemək hazırlaya bilərsiniz.
4. Buterbrod
Ən məşhur və tez hazırlanan səhər yeməyi buterbroddur. Amma gəlin onu kolbasa və ağ çörəksiz daha faydalı edək. Məsələn çovdar çörəyi, yağsız kəsmik, yaşıllıq və bir tikə hinduşka quş əti. Çörəkdəki B vitamini immuniteti qoruyacaq, kəsmik faydalı kalsium, hinduşka ətindəki amin turşusu olan triptofan gümrahlıq və yaxşı əhval ruhiyyə verir.
Buterbrodu pomidor, pendirlə də zənginləşdirə bilərsiz.
5. Oladya və blin
Səhərlər meyvəli oladyadan (buğda unundan bişirilən kökə) dadlı nə ola bilər? Blinlərlə də səhər yeməyini zənginləşdirə bilərsiniz. Bu məhsulları meyvələrlə və məsələn, balqabaq kimi tərəvəzlə zənginləşdirsəniz faydası daha çox olacaq.
Bundan başqa siyahıda sıyıq, quru meyvəli yulaf, meyvə salatı, qatıq, az kalorili pendir kimi məhsulr da var.
