|
Şamaxı Rəsədxanasının direktoru işdən çıxarıldı

AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında akademiyanın strukturunda bəzi kadr dəyişiklikləri müzakirə olunacaq. 

Dəyişikliyə əsasən, AMEA-nın müxbir üzvü Əyyub Quliyev akademiyanın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru vəzifəsindən azad edilib.

Qərara əsasən, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Rəsədxananın direktor vəzifəsini icra edən təyin olunub. 

Eyni zamanda, akademik Adil Qəribov AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsindən azad edilib.

Fizika elmləri doktoru Oqtay Səmədov institutun direktoru vəzifəsini icra edən təyin olunub.

Cia.az