|
"İndi Emin Hüseynovu qəhrəman etməyə başlayacaqlar":

"Gördünüz. CNN-in Amanpuru necə “ədalətli və dahi” jurnalistdir? Son illərdə Azərbaycanla bağlı ən böyük hadisəni dünya ictimaiyyətinə təqdim etmək şansı qazandı". 

Cia.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter” səhifəsində yazıb.

"Nəhayət həsrətlə gözlədiyi Emin Hüseynov adlı birisini tapıb onunla söhbətə düz 10 dəqiqə həsr etdi". 

N.Məmmədov qeyd deyib ki, CNN üçün son illərdə Azərbaycanda baş verən ən böyük hadisə bu olub. "İndi Emin Hüseynovu qəhrəman etməyə başlayacaqlar. Amanpura isə Nobel mükafatı düşür".

Cia.az