|
Azərbaycanda böyük yanğın

Şamaxı-Hacıqabul-Qobustan rayonlarının sərhədlərində 2000 ha otlaq sahələri yanıb.

Cia.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şamaxı-Hacıqabul-Qobustan rayonlarının sərhədləri boyunca dağlıq ərazidə 2000 ha sahədə otlaq sahələr yanıb.

Yaxınlıqda olan biçilməmiş taxıl sahələri, neft buruqları və heyvan yataqları yanğından mühafizə olunub.

Yanğın saat 21:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Cia.az