|
Xoşbəxt cütlüklər bunları etmir

Xoşbəxt cütlük görəndə həsədlə baxırsınız? “Görəsən bu qədər xoşbəxt olmağı necə bacarırlar?”, - sualına hələ cavab tapmamısızsa,  bu yazını oxuyun. Xoşbəxt cütlüklərin etmədiyi 11 nəsnəni təqdim edirik.

Xoşbəxt cütlüklər öz münasibətləri ilə bağlı şeyləri dostlarına, ya ailələrinə şikayət etməzlər. Problemləri birbaşa olaraq özləri danışıb həll edirlər. Başqalarına danışmağın mənfi nəticə verə biləcəyini, başqasını şəxsi münasibətlərinə daxil etməyin doğru olmadığını yaxşı bilirlər.

 

Bir-birlərini başqaları ilə müqayisə etməzlər. Xoşbəxt cütlüklər bir-birini olduğu kimi sevirlər. Bilirlər ki, qarşı tərəflə müqayisə etmək güvəni sarsıda bilər. Başqa cütlüklərlə vaxt keçirəndə onların daha çox xoşbəxt olduqlarını düşünə bilərsiz, amma unutmayın ki, hər şey göründüyü kimi deyil.

 

Qurban kimi davranmazlar. Xoşbəxt cütlüklər hiss etdiklərinin və yaşadıqlarının məsuliyyətini dərk edirlər. Öz problemləri üçün bir-birini günahlandırmazlar. Bir-birini günahlandırmaq, ya da aciz kimi görünmək yerinə nəyə ehtiyacları olduqlarını düşünürlər.

 

Özlərini çox ciddi qəbul etməzlər. Əylənməyə və xoşbəxt olmağa çalışarlar. Həmişə gülər və əylənərlər. Stress dolu həyat yaşasalar da, əylənməkdən imtina etməzlər.

 

Tənqid etməzlər. Bir-birləri üçün ən yaxşı olanı axtararlar və əhvalları pozulduğunda bir-birlərinin ehtiyaclarına həssas davranarlar. Qarşı tərəfi üzəcək bir şey deyilibsə, bunu aydınlaşdırıb həll etməyə çalışarlar.

 

Bir-birlərinin maddi çətinliklərinə laqeyd yanaşmazlar. Gələcəkləri ilə bağlı qərarlarda hər ikisi də məsuliyyət alır və maddi məsələlərdə həmişə bir-birinə yardım edirlər. Onlar üçün məsələ puldursa, mübahisə etməyə gərək yoxdur.

 

Bir-birlərinin düşüncələrini oxumağa çalışmırlar. Xoşbəxt cütlüklər bir-biriləri ilə şifrəli danışmaz, açıq danışarlar.

 

Münasibətdəki rollarını vəsvəsə halına gətirməzlər. Xoşbəxt cütlüklər bəzi məsələlərdə də rol dəyişdirə bilərlər. Məsələn, xanımınız işdən yorğun və gec gəlibsə, axşam yeməyini siz bişirə bilərsiz.

 

Xoşbəxt cütlüklər bir-birlərinin üstünə gəlməkdənsə bir-birini təşviq edərlər. Bir-birini dəstəkləmək istəyərlər. Əgər yoldaşınız işdən çıxmaq istəyirsə, deyinmək əvəzinə ona dəstək olun.

 

Onlar Hollivud filmlərindəki evliliklərə önəm verməzlər. Bir-birini sevər və alçaltmazlar.

Cia.az