|
Ermənistan “ürəyindən” vuruldu:

Qərb Sərkisyanı devirmək üçün düyməyə basdı; Elektrik enerjisinin tariflərinin artırılması ilə bağlı iyunun 19-da başlayan oturaq aksiya amansızlıqla dağıdıldı; erməni prezidentinin görüş təklifi rədd edildi; yüzlərlə adam həbs edildi, jurnalistlər döyüldü; Azərbaycanda sabitlik və Avropa Oyunları, Ermənistanda isə küçə döyüşləri... 

 



Ermənistanda siyasi vəziyyət kəskin şəkildə gərginləşib, ölkədə  xaosa sürüklənən vəziyyət yaranıb. Elektrik enerjisinin tariflərinin avqustun 1-də artırılması ilə bağlı qərar iyunun 17-də verilib. Qərar görə avqustun 1-də gündüzlər elektrik tarifinin kilovatı 48,78 dram (0,1 dolara yaxın), axşam isə 38,78 dram (0,08 dollara yaxın) olacaq. Qeyd edək ki, “Ermənistan elektrik şəbəkəsi” şirkəti Rusiyanın “İnter RAO” dövlət müəssisəsinə məxsusdur. 
 
İyunun 19-da başlayan oturaq aksiya...
 
İyunun 19-da isə “Təsisçi parlamenti” və  “Erməni qadınları Cəbhəsi” paytaxt İrəvandakı Azadlıq meydanında fasiləsiz etiraz aksiyası başlayıb. Eyni zamanda ölkənin ən böyük şəhərlərindən olan Gümrü və Vanadzor şəhərlərində çoxminlik tətil elan edilib.
İrəvandakı aksiya tezliklə böyüyərək sıralarında minlərlə adamı birləşdirib və oturaq aksiya başlayıb. Bu müddət ərzində gecəni də meydanda keçirən aksiyaçılar hakimiyyətə iyunun 22-si axşamadək vaxt qoymuşdular. Aksiyaçılar əks halda meydandan Prezident Sarayına yürüş edəcəklərini bəyan etmişdilər. Ermənistan prezidenti Serj Sərkisyan bu günlər ərzində aksiyaçıların tələbini qulaqardına vurmuş və qərarın dəyişməyəcəyini bildirmişdi. Aksiyaçılar da tələblərindən geri çəkilməyəcəklərini və Sərkisyanın iqamətgahı qarşısına doğru yürüş edəcəkləri bildirmişdilər.