|
Bakının ən yaşlı sakini öldü

Bakıda bir əsr yaşı olan nənə dünyasını dəyişdi.

ANS PRESS-in məlumatına görə, ağbirçək qadın bu gün səhər saat 07:00-da Xəzər rayonu ərazisində dünyasını dəyişib.

Belə ki, Qala qəsəbəsində yaşayan yaşı 100-ü ötən Zəhra Musayevanın halı bu səhər pisləşib. Yaşlı qadına kömək üçün təcili yardım çağırılıb.

Lakin həkimlər gələnə qədər bir əsrlik ömür yaşayan nənə həyatla vidalaşıb.

Allah rəhmət eləsin!