|
Ledi Qaqadan sonra indi də Madonna Bakıda...
İyun ayının 12-də baş tutan möhtəşəm açılış mərasimi və hər gün keçirilən idman yarışları bütün dünyanın diqqət mərkəzindədir. İndi isə həm Avropa, həm də yerli tamaşaçılar Oyunların bağlanış mərasiminin necə keçirələcəyini maraqla gözləyir.
 
Avropa Oyunları Komitəsinin İctimaiyyətlə Əlaqələr sektorunun rəhbəri Rəşad Əliyev “Qafqazinfo”ya açıqlamasında bağlanış mərasiminin necə təşkil ediləcəyinin sirr olduğunu açıqlasa da, bağlanış mərasiminin də möhtəşəm təşkil ediləcəyi barədə informasiyalar var.
 
Əldə etdiyimiz məlumata görə, bağlanış mərasimində dünya şöhrətli müğənni Madonnanın iştirak edəcəyi də gözlənilir. Mərasimdə hansı ölkədən dövlət başçılarının iştirak edəcəyi barədə isə məlumat verilmir. Bütün hallarda Açılış mərasimi kimi, Bağlanış mərasiminin də möhtəşəm olacağı tamaşaçılarda şübhə doğurmur.
Cia.az