Sizin də saçlarınız tünd qəhvəyi, ya da qara tonlardadır? Saçlarınıza uyğun makiyaj etməklə ideal görünmək istəyirsinizə, Aile.lent.az-ın bu yazısını mütləq oxuyun.
Nude dodaq boyası – dumanlı gözlər
İlin ən sevimli trendi olan nude dodaq boyası tünd rəng saçlılarda çox gözəl görünür. Nude dodaq boyası, yüngül dumanlı göz makiyajı ilə möhtəşəm görünə bilərsiniz. Bunun üçün çəhrayı berj tonlar arasında dodaq boyası və südlü qəhvə tonlarında göz kölgələri seçin.
Pop dodaq boyası - sadə gözlər
Canlı mərcan rəngi, ya da pop çəhrayı tünd rəngli saçlara mükəmməl yaraşır. Gündəlik makiyajda bu dodaq boyası, tuj və BB kremdən istifadə edərək göz qamaşdıran gözəlliyə sahib ola bilərsiniz.
İncə eyeliner və qırmızı dodaq boyası
İncə quyruqlu eyelinerin bəxş etdiyi eleqant görünüş heç bir şeydə yoxdur. Qırmızı dodaq boyasının cazibəsi və klassik görünüş ən çox qaraşınlara yaraşır. Gündəlik vursanız, mərcana çalan qırmızı, gecə ziyafətlərinə vuracaqsınlzsa, alovlu qırmızı istifadə edin. Mat dodaq boyası seçin, ya da dodaq boyasını sürtdükdən sonra transparan pudra ilə dodaq boyasını mat hala gətirin.
Cia.az
