|
Ramazan ayının 6-cı gününün duası: -

Sabah Ramazan ayının 6-cı günüdür. 

 

Cia.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Şamaxı Rəsədxanasının tərtib etdiyi təqvimə görə, Bakı şəhərində sübh namazı 04:40-da, axşam namazı isə 21:31-da qılınacaq.

 

İmsaq yeməyini sübh namazından 20 dəqiqə əvvəl bitirmək məsləhət görülür.

 

Ramazan ayının 6-cı gününün duası:

 

Allahummə la təxzulni fihi li-təərrüzi mə-siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin.

Tərcüməsi:

İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsva etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!

Cia.az