|
Dünya Bakıdakı bu qorxulu andan danışır

Dünyanın demək olar ki, bütün aparıcı idman nəşrləri Bakıda baş verən bu hadisədən danışır.
Cia.az-ın məlumatına görə, polşalı idmançı Bartolomey Hes batut gimnastika növündə yarışarkən hərəkətlərini tənziməyə bilməyib və hündürlükdən yerə düşüb. Bu zaman idmançının yaxınlığında olan könüllü idmançını göydə tutaraq onun zədələnməsinin qarşısını alıb. 

Dünyanın aparıcı nəşrləri xəbəri "Bakıda ürəklər ağıza gəldi", "Könüllü idmançını ölümdən xilas etdi" kimi başlıqlarla çap ediblər. 

İdmançını könüllüyə təşəkkür edərək sonradan mübarizəsinə davam edib. 

Cia.az