|
Aİ-dən Rusiyaya yeni zərbə

Rusiyaya qarşı iqtisadi sanksiyaların müddəti uzadıldı.  Avropa İttifaqı sanksiyaların müddətininin uzadılması haqqında qərarı iyunun 17-dəki iclasda qəbul edib. 

Üzv ölkələrin nümayəndələri sanksiyalar 2016-cı il dekabrın 31-dək uzadılması haqqında qərar veriblər. 

Lüksemburqda xarici işlər nazirləri isə bu gün bu barədə qərarı dəstəkləyiblər. 

Aİ ötən ilin avqust ayında Rusiyaya qarşı iqtisadi sanksiyalar qəbul ediblər. Sentyabr ayında isə sanksiyaların əhatə dairəsi genişləndirilib. Silah, ikilitəyinatlı texnologiya malların idxal-ixracına embarqo tədbiq edilib. 

Cia.az