|
"Güdük Nəcmi"dən xəbər var
“Hababam sınfı” filmindən Güdük Nəcmi obrazı ilə tanınan aktyor Halit Akçatəpədən xəbər var. 

Cia.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 7 aydır xəstəxanada müalicə olunan aktyorun səhhəti yaxşılaşır. Halit artıq yeriməyə və danışmağa başlayıb. 

Xatırladaq ki, “Yeşilçam” aktyoru 7 ay əvvəl iflic diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Cia.az