|
Zəhərli alkoqoldan ölənlərin sayı 90-a çatıb

Hindistanın Mumbay şəhərində zəhərli spirtli içkidən ölənlərin sayının 90 nəfərə çatdığı bildirilir. 

Cia.az-ın məlumatına görə, Malad bölgəsində yerləşən gecəqondu sakinləri çərşənbə günü spirtli içkinin ardından özlərini piss hiss etməyə başlayıblar. 

“Zəhərlənmişlərin hospitalda müalicəsi davam etsə də, ölənlərin sayı arta bilər”, – deyə Mumbay şəhər rəsmisi Kulkarni deyib.

Xatırladaq ki, Hindistanda bundan əvvəl də digər toksik spirtli içkidən ölüm halları baş verib. Onlardan bəzilərində ölənlərin sayı 100-dən çox olub.

Cia.az