|
Ərdoğan Coli ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məşhur Hollivud ulduzu Ancelina Coli ilə görüşüb. 

 

Cia.az-ın məlumatına görə, onlar Mardində Dünya Qaçqınları Günü ilə bağlı keçirilən tədbirdə görüşüb, müzakirə aparıblar.

Mardində suriyalı və yezidi qaçqınların məsələsi əsas müzakirə mövzusu olub. 

Qeyd edək ki, Suriya müharibəsinə görə 4 ildə minlərlə insan yurd-yuvasından didərgin düşərək Türkiyəyə sığınıblar.

Cia.az